Mövqe

Rəşad Dağlının ailəsi buna etiraz etdi – Video

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının oğlu diqqətləri üzərinə çəkib.

Yusif sosial şəbəkə hesabında atasının adına köynək hazırlayanlara səslənib.

“Rəşad Dağlı köynəkləri” adı altında satış həyata keçirən səhifəni göstərən Yusif buna ehtiyac olmadığını bildirib:

“Hər kəsə salam, atamı sevənlərə, dəstək verənlərə, dua edənlərə minnətdaram. Atamla bağlı hər hansı addımın atılmasını istəmirik. Çünki həmin hərəkətlər birmənalı qarşılanmır və bu, bizə pis təsir edir. Dua edin yetər. Çox sağ olun”.

Xatırladaq ki, meyxanaçının oğlunun 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.

Həmin görüntüləri təqdim edirik:

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button