Mövqe

Bacısı Xameneini tənqid etdi, onu qətldə GÜNAHLANDIRDI: “Qardaşım…”

“Qardaşım İran xalqının səsinə qulaq asmır, yanlış olaraq öz muzdlularının, yaltaqların, xalqın payını yeyənlərin çıxışlarını İran xalqının səsi hesab edir”.

“İran İnternational” xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı, hazırda həbsdə olan Fəridə Muradxaninin anası Bədri Hüseyni Xamenei müraciətində bildirib.

Onun sözlərinə görə, Xamenei günahsız insanları sıxışdırmaq və öldürməkdə Ruhullah Xomeyninin yolunu davam etdirir.

B.Hüseyni İranın ali rəhbəri ilə əlaqələri kəsdiyini, əvvəllər insani vəzifəsi olaraq dəfələrlə xalqın səsini ona çatdırdğını da vurğulayıb. (redaktor.az)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button