Mövqe

Cinayətkarları “Torqovı”dakı evində gizlətdiyi iddia edilən trans DANIŞDI – VİDEO

Xəbər verdiyimiz  kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri Ruhlan İsmayılov  Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

Savash.org xatırladır ki, əməliyyat tədbiri zamanı o, polisə silahlı müqavimət göstərən zaman məhv edilib.

Dünən sosial mediada yayılan məlumata görə hadisəni tərədən şəxslərin Sahra ləqəbli cinsi azlıq nümayəndəsi,Transgender qadının evində gizlənməsi  iddia edilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə bu səbəbdən Səhra adlı transseksualın da həbs edildiyi iddia edilib.

Oxu24.com-a açıqlama verən  “Sahra” bildirib ki, yayılan informasiyanın heç bir əsası yoxdur.

“Hadisə mən yaşayan evin yaxınlığında baş verib.Amma mənim o şəxslərlər heç bir tanışlığım,əlaqəm olmayıb. Mən hazırda evimdəyəm”, deyə o bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button