Mövqe

“Bir azdan hamı danışacaq” deyən “Azərcell”in dili niyə tutulub?

“Bir azdan hamı danışacaq” deyən “Azərcell”in dili niyə tutulub?Bir vaxtlar sözün əsl mənasında bərkgedən rolunda çıxış edən “Azərcell” mobil operatoru son zamanlar nədənsə sirli şəkildə susur. Şirkətin mobil və internet xidmətləri ilə bağlı elə gün yoxdur ki, şikayətlər, müraciətlər olmasın, amma şirkətin nümayəndələri etika xatirinə də olsa həmin müraciətlərə, narazılıqlara münasibət bildirmirlər. Bir sözlə şirkətin sanki dili tutulub, hətta mətbuat xidmətinə edilən müraciətlər, verilən suallar da cavabsız qalır, sanki sualı dağ boyda şirkətə deyil, qaranlıq bir boşluğa ünvanlayırsan və həmin boşluqda suallar itib-batır. Şirkətin data kartları ilə bağlı, tarifləri ilə bağlı, internetin sürəti, balansdan pul silinməsi ilə bağlı N qədər narazılıq var, amma “Azərcell” susur. Bu şirkət müştəri məmnuniyyətini əsas götürürdü, bəs hanı? Bu şirkətin fəaliyyətindən biz jurnalistlər bu qədər narazı və şikayətçiyik, amma bizi eşidən, cavab verən yoxdur, gör indi adi vətəndaşlar nə çəkir?

Yadınızdadırsa bu il iyulun 27-də “Azərcell rəhbərliyinin redaktorlarla “Naxçıvan” restoranında görüşü qalmaqalsız ötüşməmişdi. Bunun ardınca isə qalmaqalı həmin anı unutduran yanğın hadisəsi baş verdi. “Azərcell” rəhbərliyi isə görüşdən sonra öz fəaliyyətində dönüş yaratmaq əvəzinə MŞ sədri Əflatun Amaşova qarşı qara piar kampaniyasına başladı.

Səbəb isə çox sadədir: Yenilik.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, şirkət haqda səslənən bəzi fikirlər “Azərcell” rəhbərliyinin hazırki rəhbərliyinin ürəyincə olmayıb. Çünki ölkənin nəhəng mobil operator şirkətinin media siyasətini düzgün istiqamətdə inkişaf etdirməməsi tənqid olunub.

Eyni zamanda qeyd olunub ki, şirkət mətbuatla münasibətləri uzaqdan-uzağa qurub. Bu da jurnalistlərin göndərilən sorğulara operativ cavab almaq, mətbuat xidməti ilə daimi işləmək imkanlarını sıfıra edirib.
Bu fikirlərdən sonra “Azərcell rəhbərliyi iradları həzm etməyib, hücum kursunu seçib. Habelə xaricdə olarkən telefondan internet istifadə edilmədiyi halda 500 manatlıq hesablar gəlməsi haqda iradlar da bəyənilməyib. Amma nahaq yerə. Şirkətin bizim redaksiyaya daxil olan məlumatlarında bildirilir ki, əlavə suallar olarsa Press Room-a müraciət edin. Amma həmin likə tıkladıqda belə bir səhifə olmadığı üzə çıxır. Bir Press Room düzəldə bilməmisinizsə bizdən niyə inciyirsiz?

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid məlum görüşdə “Azercell” prezidentinə 2013-cü ilə kimi davam edən redaktorların Türkiyə səfərinə yenidən baxmağı təklif edib. Lakin restoranda yanğının intensivləşməsi bu mövzunu müzakirə etməyə imkan verməyib. O da məlumdur ki, restoranda yanğın baş verdiyi üçün tədbir yarımçıq qalıb.
Ə.Amaşovun şirkətin media siyasətini tənqid etməsi rəhbərlik üçün xoşagələn olmaya bilər, amma bu haqlı tənqiddir və reallıqları əks etdirir. “Azərcell” həm mətbuata, həm də öz müştərilərinə qarşı hörmətsizlik nümayiş etdirir, yalnız şirkətin kommersiya maraqları zərbə altında qalanda reaksiya verir.

Halbuki, mətbuat aylardır abunəçilərin kütləvi şəkildə bu operatordan imtina etdiyini yazır, şikayətlərini dərc edir. “Azərcell” prezidenti isə bu tənqidləri görmək əvəzinə, MŞ sədrinə qarşı hücum taktikasına üstünlük verir.

Azərbaycanda jurnalistikaya və onun başında duran MŞ sədrinə qarşı hücum dolayısı ilə Azərbaycan Prezidenti İlham Əliyevə qarşı fəaliyyət kimi qiymətləndirilməlidir. Dövlət başçısının etimad göstərdiyi və güvəndiyi MŞ sədrinə yönəlik kampaniya birbaşa İ.Əliyevə yönəlik siyasətdir.

Çünki mətbuata dövlət dəstəyini əsirgəməyən prezidentin bu sahədə etibar etdiyi şəxslərdən biri də məhz Ə.Amaşovdur. Ancaq görünür, “Azərcell” rəhbərliyi ölkə başçısına qarşı siyasət yürütməkdən və onun etimadını qazanan nüfuzlu bir mətbuat liderini ləkələməkdən çəkinmir. Ancaq unudur ki, mətbuat cəmiyyətin güzgüsüdür, bu güzgüdə gözəl görünmək istəyirsinizsə güzgünü sındırmaq yox, öz fəaliyyətinizi müsbətə doğru dəyişmək, sorğuları vaxtında cavablandırmaq, vətəndaşların şikayətlərinə operativ reaksiya vermək və narazılıqları dərhal aradan qaldırmaz lazımdır. Biz də sizdən bunu istəyirik…/Yenilik.Az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button