Mövqe
FHN-nin polkovnik-leytenantı intihardan əvvəl ailəsinə zəng edib – Vəsiyyətnaməsində nə yazıb?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoymasının səbəbi məlum olub.
Savash.org xəbər verir ki, “qafqazinfo”nun FHN-dən əldə etdiyi məlumata görə, nazirliyin əməkdaşı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib. O canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş saatında, mərhumun atasının evində baş verib.