Mövqe

Tanınmış idman jurnalisti intihar edəcəyini bəyan etdi – Polis hərəkətə keçdi

Tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev yaxın saatlarda intihar edəcəyini anons edib. Jurnalist sosial şəbəkədə paylaşdığı statusda yazır:

“Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa – üzr istəyirəm. Haqqınızı halal edin.
Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən, məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.
Ünvan: Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında Dərə marketin yaxınlığı.

Xahiş edirəm, mənə yazmayın və zəng etməyin”.

Qeyd edək ki, jurnalistin belə hərəkət etməsinin səbəbi ailə-məişət münaqişəsi zəminindədir. Valideynləri onu yaşadığı evdən çıxarmaq, iki azyaşlı övladı ilə birlikdə küçəyə atmaq fikrində israr edirlər.

Məlumatlara görə, rəsmi qurumların, o cümlədən DİN-in təmsilçiləri Ceyhun Rzayevin yaşadığı ünvanda olublar.

DİN-in sözçüsü Elşad Hacıyev sosial şəbəkədə paylaşım edərək bildirib ki, telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib: ” O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcək”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button