Önəmli

İŞİD-dən porno təbliğat

İŞİD-dən porno təbliğatİŞİD terror təşkilatı “qərblilər Suriyadakı Müsəlman qadınlara təcavüz edir” adı ilə sosial şəbəkələrdə porno şəkillər yayıb.

ANS PRESS-in məlumatına görə, təşkilata yaxın sayılan Twitter ünvanından yayılan fotolarda qərblilərin Suriyadakı müsəlman qadınlara təcavüz etdiyi iddia olunur.

İŞİD-in təbliğat Tweetinə ABŞ Xarici İşlər Nazirliyindən cavab gecikmir. Nazirliyinin rəsmi twitter ünvanında qeyd olunur ki, yayılan fotolar Macarıstan istehsalı porno filmdəndir.

Qeyd edək ki, sosial şəbəkələr İŞİD terror təşkilatının əsas təbliğat vasitəsidir. Buradan təbliğat xarakterli video və fotolarla terror təşkilatı dünyanın müxtəlif yerlərindən öz tərəfdarlarını toplayır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button