Önəmli

Obama Putinin Moskvaya bayrama gəlmək dəvətini rədd etdi

Obama Putinin Moskvaya bayrama gəlmək dəvətini rədd etdiABŞ prezidenti Barak Obama II dünya müharibəsinin başa çatmasının 70 illik yubileyi münasibətilə gələn ilin mayında Moskvada keçiriləcək təntənəli bayram mərasimində iştirak etmək üçün Rusiyadan göndərilən dəvəti rədd edib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Obamanın bu qərarını Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox açıqlayıb.

“ABŞ prezidenti yaxın gələcəkdə Rusiyaya səfər etməyi hələlik planlaşdırmır” – deyə M.Strox bildirib.

Qeyd edək ki, dekabrın 22-də Rusiyadan ABŞ prezidentinə rəsmi dəvət getməsi barədə məlumat yayılıb. Belə dəvətnamələr antihitler koalisiyasına üzv olan digər ölkələrin, o cümlədən Böyük Britaniyanın, Çinin rəhbərlərinə də göndərilib.

Obama 2010-cu ildə Böyük Vətən müharibəsindəki qələbənin 65 illiyi tədbirlərinə də dəvət olunmuşdu. Lakin ABŞ prezidenti o zaman da Moskvaya gəlməmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button