Önəmli

Bu mağazalarda təhlükəli mallar satılır

Bu mağazalarda təhlükəli mallar satılırİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mağazalarda yoxlama aparıb. Yoxlama zamanı bəzi mağazalarda istifadə müddəti tamamlanmış ərzaq məhsullarının satışı açkarlanıb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, məhsullar satışdan çıxarılıb, mağaza sahibləri isə cərimələnib.

Mağazaların siyahısını təqdim edirik:

Abşeron rayonunda

– Saray qəsəbəsi, Ş.Qurbanov küçəsində Elman Əmrahova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xəzər rayonunda

– Şüvalan qəsəbəsində Allahverdi Həsənova məxsus mağazada;

Nizami rayonunda

– Q.Qarayev prospekti, 104/32 ünvanında Qədir Yaqubova məxsus mağazada;

Binəqədi rayonunda

– M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 27B ünvanında Vilayət Məmmədova məxsus mağazada;

Sumqayıt şəhərində

– 17-ci məhəllə, Dostluq küçəsi, 3/46 ünvanında Rauf Qəhrəmanova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xətai rayonunda

– S.Vəzirov küçəsi, 11B ünvanında Asəf Rəhimova məxsus mağazada;

Binəqədi rayonunda

– Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Azər Hüseynova məxsus mağazada;

– Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 2 ünvanında Ramil Məmmədova məxsus mağazada; Abşeron rayonunda

– Saray qəsəbəsində İslam Hüseynova məxsus mağazada;

Gəncə şəhərində

– Xətai və M.K.Atatürk prospektlərinin kəsişməsində Nazim Hüseynova məxsus mağazada;

– Cavad Xan küçəsi, 112 ünvanında Gəncəvi Həsənova məxsus mağazada;

Ucar şəhərində

– 28 May küçəsində Xanlar Salmanova məxsus mağazada;

Bərdə şəhərində

– Ü.Hacıbəyov küçəsində Aqşin Əliyevə məxsus mağazada;

Şamaxı rayonunda

– Çuxuryurd kəndində Şahin Hüseynova məxsus mağazada;

Şəki şəhərində

– S.Rəhimov küçəsi, 56 ünvanında Elman Xasməmmədova məxsus mağazada;

– S.Rəhman küçəsində İslam Həbibillayevə məxsus mağazada;

Lənkəran şəhərində

– Ləvəngi dairəsində Əli Mikayılzadəyə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button