Önəmli

Motosikletçilər Vaqif Əsədovun sözünü yerə salmadılar

Motosikletçilər Vaqif Əsədovun sözünü yerə salmadılar“Bu gün də iki motosikletçi saxladıq. Hər keçən gün qaydanı pozanlar azalır”. Bu sözləri “Yeni Müsavat”a Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov keçirilən reydlər barədə açıqlmasında bildirib. Onun sözlərinə görə, qaydanı pozan motosikletçilərə qarşı keçirilən reydlər öz bəhrəsini verməkdədir: “Reyd keçirilən gündən bir neçə motosikletçi saxlanılıb. Onlar daha çox sürücü sənədləri olmadığı üçün nəzarətə alınıb, barələrində inzibati protokol tərtib edilib və motosikletlər cərimə meydançasına aparılıb. Lakin qeyd etməliyəm ki, keçirilən reydlərin nəticəsi kimi görürük ki, artıq motosikllet sürənlər
xüsusi şinel və kaskalardan istifadə edir, qaydaları pozmamağa çalışırlar”.

Qeyd edək ki, bu günlərdə dövlət nişanı olmayan, texniki baxışdan keçməyən və s. qanunvericilikdə qaydaları pozan motosiklet sürücülərinə qarşı ciddi reydlər başlanılıb. Vaqif
Əsədov “Yeni Müsavat” vasitəsilə motosiklet sürənlərə bildirmişdi ki, bu baxımdan reydlər zamanı heç bir motosikletçiyə güzəşt edilməyəcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button