Önəmli

\”Hicab məhbusları\” 14 saylı həbsxanadan yoxa çıxdılar

"Hicab məhbusları" 14 saylı həbsxanadan yoxa çıxdılar14 saylı cəzaçəkmə müəssisəsində 22 dekabr etiraz aksiyasından sonra vəziyyət mürəkkəb olaraq qalır. Musavat.com-a çatan son məlumata görə, həbsxana rəhbərliyi məhbus ölümündə işçiləri əvəzinə dustaqları cəzalandırır.
Gələn xəbərlərə görə, hicab məhbusları – cenubnews.com internet qəzeti xəbərinin burada cəza çəkən təsisçi-baş redaktoru Araz Quliyev, Anar Qasımlı və bir neçə digər məhbus həbsxanada yoxa çıxıb.
Artıq hadisədən məhbusların yaxınları narahat olduqlarını bildiriblər. Həmin məhbusların \”Tubzon”a göndərildiyi deyilir. Həmin cəzaçəkmə müəssisəsinə dustaqlar xüsusi olaraq aparılır və döydürülür.
Xatırladaq ki, dekabrın 22-də 31 yaşlı məhkum Elşad Babayev həbsxananın 5 nadzoru – Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar tərəfindən işgəncə ilə öldürülüb. Bundan sonra həbsxanadakı məhkumlar baş verən haqsızlığa qarşı etiraz etmişdilər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button