Önəmli

Mikayıl Cabbarov qohumunu işdən çıxardı

Mikayıl Cabbarov qohumunu işdən çıxardıBakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev vəzifəsindən azad edilib.

Lent.az xatırladır ki, nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyev həm də BŞTİ müdirinin birinci müavini vəzifəsində çalışırdı. Adıçəkilən idarənin müdiri Nailə Rzaquliyevə vəzifəsindən getdikdən sonra E. Əliyevə Təhsil İdarəsində müdir əvəzi vəzifəsi həvalə olunmuşdu.

Təhsil naziri Mikayıl Cabbarovun bu ayın əvvəlində imzaladığı əmrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi və cari fəaliyyətinə Təhsil Nazirliyinin dəstəyinin daha da artırılması məqsədi ilə İdarəyə birbaşa rəhbərliyin həyata keçirilməsi təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.

Hazırda isə Təhsil İdarəsinə müdir təyin edilməyib. Bundan başqa, İdarədə artıq \”müdirin birinci müavini” vəzifəsi də yoxdur. Sayt məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, E. Əliyev BŞTİ-dəki vəzifəsindən uzaqlaşdırılsa da, hazırda nazirliyin informasiya şöbəsinə rəhbərlik edir.

Mia.az-a verilən məlumata görə, E.Əliyev nazir Mikayıl Cabbarovun yaxın qohumudur. Nazir, onunla yanaşı, bir neçə qohumunu da nazirlikdə vəzifəyə gətirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button