Önəmli

Vəzifəli şəxslər üçün yeni cərimələr tətbiq olunacaq

Vəzifəli şəxslər üçün yeni cərimələr tətbiq olunacaq
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

\”Report\”un xəbərinə görə ki, dəyişikliklər barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsini sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliyə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.

Bundan başqa, \”Dövlət rüsumu haqqında\” qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 50 manat miqdarında cərimə olunacaq.

Qeyd edək ki, dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button