Önəmli

Türkiyə mənbələri: “Azərbaycan ordusu 5 kilometr irəliləyib”

Türkiyə mənbələri: “Azərbaycan ordusu 5 kilometr irəliləyib”
Azərbaycan ordusunun Naxçıvan Ümumqoşun birləşməsinin Ermənistanla sərhəd istiqamətində neytral bölgədə mövqelərini irəli çəkməsi və yeni strateji yüksəklikləri tutması barədə Türkiyə qaynaqları da məlumatlar yayır.

Virtualaz.org xəbər verir ki, “Yeni Akit” qəzetinin yazdığına görə Azərbaycan ordusu neytral bölgədə 5 kilometr irəliləyib, nəticədə böyük ölçüdə ərazilər ordumuzun nəzarəti altına keçib.

“Sosial mediada yayılan xəbərlərə görə Azərbaycan ordusunun Naxçıvan istiqamətində yeni mövqelər tutması böyük əməliyyatın başlanğıcı ola bilər. Deyilənlərə görə Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Movses Akopyanın vəzifədən azad edilməsi də bu hadisə ilə bağlıdır”-qəzet yazır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button