Önəmli

\”Cənab Ərdoğan, 81 milyonun prezidenti olun…\” – İncedən ilk açıqlama

"Cənab Ərdoğan, 81 milyonun prezidenti olun..." - İncedən ilk açıqlama
CHP-dən prezidentliyə namizəd olan Muharrem İnce məğlubiyyətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. “Qafqazinfo” xəbər verir ki, canlı yayımda açıqlamalar verən İnce bəyan edib ki, əməkdaşlarının hazırladıqları hesabatla Ali Seçki Qurumunun açıqladığı rəqəmlər arasında ciddi fərq yoxdur. Ortadakı fərq isə nəticəni dəyişdirəcək dərəcədə deyil:

\”İlk olaraq sosial şəbəkələrdə dolaşan şayiələrlə başlamaq istəyirəm. Bunların hamısı yalandır. İkincisi 15 milyon həmvətənimiz mənə səs verdi. Hədəfimiz 15 milyonu 30 milyona çatdırmaqdır. Bunun üçün mübarizə aparacam. Hər kəs bunu belə bilsin.

Cənab Ərdoğan, lütfən bu gündən sonra AK partiyasının sədri kimi davranmayın, 81 milyonun prezidenti olun. Mənim şüarımdan istifadə etməyinizi məsləhət görürəm. Gərginliyə son qoyun, milləti qucaqlayın. Mən seçilsəydim elə edəcəkdim. AK partiyasının baş ofisinə gəlib sizin çayınızı içəcəkdim. AK partiyalıları qucaqlayacaqdım. Cənab Ərdoğandan da bunu gözləyirəm.

Bu seçki elan edilmə şəklindən, nəticələrin açıqlanmasına qədər ədalətsiz seçim olub. Seçkiyə qan bulaşıb.

Türkiyə demokratik dəyərlərlə bağını qoparıb. Türkiyə 143 ildir davam etdirdiyi parlamentli sistemlə bağını qoparıb.

Muharrem İnce nədən dünən axşam açıqlama verməməsi ilə bağlı sualı cavablandırıb:

“Orada səhv etdim, bunu qəbul edirəm. Mən İsmayıl Küçükkayaya (jurnalist-red.) dostyana mesaj atdim. Onun xəbər hazırlayacağını təxmin etməmişdim. Mənim kimi təcrübəli siyasətçi bunu etməməli idi. Vətəndaşlarımız bunu bir tvitlə öyrənməməli idi. Demək jurnalistlərlə dostluq edərkən diqqətli olmaq lazımdır. Bu məsələyə görə üzr istəyirəm.

Səs oğurlanıbmı? Bəli oğurlanıb. 10 milyon səs oğurlanıbmı? Xeyr. Seçkinin nəticəsini də qəbul edirəm”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button