Önəmli

Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü

Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü
Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı yeni məlumat yayıb.

Nazirlikdən bildirilib ki, saat 12 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər: ““City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər.

Bu səbəbdən də saat 14.35-də Oqtay Gülalıyev “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb”.

“Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq qalır”, – deyə məlumatda qeyd edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button