Önəmli

Roma Papası islamın müdafiəsnə qalxdı

Roma Papası islamın müdafiəsnə qalxdı“Düşüncəni ifadə etməyin də sərhədləri var”.

Roma Papası Fransisk “Charlie Hebdo” satirik jurnalına qarşı terror hücumuna münasibət bildirib.

Savash.org APA-ya istinadən xəbər verir ki, Filippinə səfərə yola düşən Papa təyyarədə jurnalistlərə açıqlamasında dini inancların təhqir olunmasını yolverilməz saydığını bəyan edib.

Söz və dini etiqad azadlığının insanların ayrılmaz hüquqları olduğunu vurğulayan Roma Papası, eyni zamanda dinlərin təhqir olunmasını qınayıb və deyib ki, bu cür hadisə gözlənilən idi:

“Düşüncəni ifadə etməyin də sərhədləri var. Məsələn, ən yaxın dostum Qasparri anamı təhqir edərsə, məndən yumruq zərbəsi ala bilər. Bu, normaldır. Kimisə təhrik etmək, inanclarına həqarət etmək və lağa qoymaq yolverilməzdir”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button