Önəmli
Samir Bağırovun ölüm xəbəri yayılıb
Stilist Samiraldo (Samir Əliyev) dostu Samir Bağırov barəsində yayılan şayiələrə əsəbiləşib. Lent.az-a açıqlama verən stilist bildirib ki, sosial şəbəkədə S.Bağırovun ölüm xəbəri yayılıb: “Hətta Samirin mahnısını paylaşıb yazıblar ki, “Allah rəhmət eləsin”. Adama deyərlər ki, sənin Samirlə nə işin var? Sənin anana desələr ki, “oğlun ölüb”, xoş olar? O da bir insandır. Bu cür söz-söhbətlərin, şayiələrin yayılması xoş deyil”.