Önəmli

“Nar” “Bakutel 2019″da interaktiv stendi ilə iştirak edir

“Nar” “Bakutel 2019″da interaktiv stendi ilə iştirak edirAzərbaycanın ən gənc mobil rabitə operatoru “Nar” dekabrın 3-dən 6-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel 2019” – Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci yubiley sərgisində interaktiv stendi ilə iştirak edir.

“Nar”dan Savash.org-a verilən məlumata görə, mobil rabitə operatorun abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqini yükləməklə müsabiqədə iştirak haqqı qazanırlar. Bütün sərgiboyu keçiriləcək müsabiqənin qalibləri hər günün sonunda elan ediləcək və müasir smartfonla təltif olunacaqlar.

Stendin diqqətçəkən xüsusiyyətlərindən biri də “Nar”ın yüksək keyfiyyətli şəbəkəsini özündə təcəssüm etdirən maraqlı aktivliklərin təqdim olunmasıdır. Belə ki, hər bir sərgi iştirakçısı xüsusi ayrılmış qapalı zonada virtual reallıq oyunlarını sınaqdan keçirmək şansına malikdir. Bundan başqa, ziyarətçilər həm də 4G şəbəkəsinin sürətini yerindəcə test edə bilərlər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button