Önəmli

Sev oğlum…

Sev oğlum...Bu gənc yaşımda, boyumu aşan bu qədər dərdin, tasanın, çətinliyin içərisində, boyumu keçən Aslan kimi bir oğula sahib olub, onun dağ kimi çiyinlərinə söykənməyin verdiyi xoşluq içərisində, qorxularıma boylanıram.
Böyüyürsən oğlum…
Böyüdükcə sevməyi öyrənirsən, sevdikcə atəşi tanıyırsan . Atəşə yaxınlaşdıqca yanma ehtimalın qaçınılmazdır .
Qorxuram oğlum…
Dəyərli quzumu, atəşə yaraşdıramamağın və yaxınlaşdıramamağın verdiyi can dərdiylə qorxuram. Amma sən mənə baxm. Analığın təbiətində var, ciyər parasını gözündən belə qorumaq .
Əs ve keç …

Sev oğlum! Yanmaqdan qorxma …
Sev… Sev ki, yanasan, yan ki, bişəsən, biş ki xas olasan, insanlığın zirvəsinə ucalasan.Yaradılanı,Yaradanın xatirinə sev ki, kimsənin haqqına girməyəsən .

Sev oğlum…
Yandırmağı deyil, yanmağı sev. İnsanları xətaları ilə, möhtacları, çarəsizlikləri ilə, zəifləri bacara bilmədikləri üçün, məğlubları yenilgilərinə görə belə sev canım oğlum .
Sev oğlum …
Bu vəfasız dünyada, bəzən dost dediyindən gələn xəncər yarasını, bəzən gərçək bir dosta söykənmənin verdiyi güvəni sev.
Sev oğlum…
Dünyanın ən həzin, ən gözəl musiqisini dinləyir kimi vicdanının səsini dinləməyi sev. Sevdiyin vicdanın səsini eşit, onun sızlamasına yar ol və sev oğlum.
Sev oğlum …
Vətənini se, ölkəni sev, arzularını, xəyallarını sev. Bütün dünyanı al qarşına, inadına Arazın o tayını, tikanli məftillərin o tayındakı ocaqları, Qızıl Almanı ,Turanı ve Türklüyünü sev .
Sev oğlum…
Tarixin və bizlərin çiyinlərinə buraxdığımız, savaş məcburiyyətini sev. Qarabağ adlı vətən torpağını,vbəxtinin qarasıyla, alnının ağı kimi sev ki,viçində ölümsüzlük sirrini saxlayan şəhadət şərbətini başına çəkməyi biləsən.
Sev oğlum…
Kiçiyini, məndən olanı, mənim olanı -qardaşını … Özünü fəda edər kimi , özündən vaz keçər kimi, ən çox-məndən belə çox sev .
Sev oğlum…
Eşqi, ən acı dadı ilə, ən müqəddəs adı ilə sev .Və bu yolda qətiyyən kimsəni ağlatma. Ağlatdığın hər qadının yanaqlarından, ananın göz yaşları töküləcək bunu heç vaxt unutma…
Və sev oğlum …
Bütün bu adam olma çabası içərisində, özünü sevməyi əsla və əsla unutma …!
Unutma ki, ən dəyərlimsən…!!!
Gülbəniz Bahar

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button