Bakıya 5 manata 400 km qət edən avtomobil gətirilir – FOTO
Bakıya ilk “Tesla” elektromobili fevral ayında gətirililəcək. Avtolent.azın məlumatına görə, bu barədə fins.az-a «Tesla Club Baku» şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, ilkin olaraq 1 ədəd “Tesla Model S” avtomobili sifariş edilib. Avtomobilin bazar qiyməti 65-85 min avro təşkil edir. Şirkətdən bildirilib ki, nəqliyyat, gömrük və digər xərclər nəzərə alınaraq avtomobil Azərbaycanda 80 -100 min manata satılacaq.
“Tesla” 100 km-ə 1,25 manatlıq enerji sərf edir
«Tesla» elektronmobilləri adından da göründüyü kimi elektrik enerjisi ilə işləyir və elektromobillər arasında ən komfortlu və keyfiyətli modellərdən sayılır. Elektriklə işləməsi isə onu avtomobil sahibləri üçün sərfəli edib. Belə ki, Azərbaycandakı enerji qiymətləri ilə “Tesla”nın bir dəfə enerji yığması 5 manata başa gəlir. Bu enerji ilə elektromobil 400 kilometr məsafə qət edə bilir. Bu isə 100 kilometr üçün enerji xərclərinin cəmi 1,25 manat olması deməkdir. Müqayisə üçün bildirək ki, hazırda ölkədə istismar edilən avtomobillər arasında ən qənaətli modellərdə belə, 100 kilometrlik məsafəyə 3,5-4 manatlıq yanacaq sərf edilir. Başqa sözlə, yanacaq baxımından «Tesla» ənənəvi avtomobillərdən 3-4 dəfə ucuz başa gəlir.
Azərbaycan cəmi 2 elektrik doldurma məntəqəsi var
Amma nə qədər qəribə olsa da, «Tesla»nın ən böyük problem idə enerji yığma ilə bağlıdır. Əvvəla, elektrik stansiyalarında “Tesla”ya enerji doldurmaq 40 dəqiqə müddət çəkəcək. Üstəlik hazırda ölkədə cəmi 2 elektrik doldurma məntəqəsi var. Bu məntəqələr Mərdəkan yolunda “SOCAR”a aid yanacaq doldurma məntəqəsində yerləşir. Bu isə potensial müştərilər üçün çətinlikdir. Doğrudur, «Tesla»nı evdə də enerjiyə qoşmaq olar. Amma bu da azı 6-7 saat çəkəcək. Nəticədə, uzaq yoldan sonra avtomobil bir neçə saat enerji yığmalıdır. “Tesla Club Baku”dan bildirilib ki, bu avtomobillərin rahat istismarı üçün ölkədə azı 10 elektrikdoldurma məntəqəsinin quraşdırılması kifayət edir.
“Servis məsələsində çətinliklər var”
“Tesla” şirkəti digər rəsmi dillerlə müqavilə bağlamadığı üçün elektromobilin təmir və ehtiyat ehtiyat hissələri ilə bağlı çətinlik var. Bu çətinlik Rusiya, Ukrayna və Türkiyə kimi yaxın ölkərlə yanaşı hələlik Azərbaycanda mövcuddur. “Tesla Club Baku”dan bildirilib ki, avtomobilin ehtiyat hissələrini hələlik yalnız birbaşa şirkətdən sifariş etmək olar: “Ehtiyac olsa, bizim vasitəmizlə, yəni “Tesla Club Baku”ya sifariş etməklə lazım olan ehtiyat hissələrini əldə edə bilərlər”.