Önəmli

Şirvanda gəlin və qayınatanı kim öldürüb: hələlik iki versiya var…

Şirvanda gəlin və qayınatanı kim öldürüb: hələlik iki versiya var...Bakıdan Şirvana Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu göndərilib.

“Yeni Müsavat”a daxil olan məlumata görə, olayla bağlı hazırda bir neçə versiya diqqətdən keçirilir.

Versiyalardan birinə görə, A.Kişiyev gəlinini öldürəndən sonra özünə qəsd edib. Gəncədən olan S.Balakişiyeva A.Kişiyevin oğlu ilə bir müddət əvvəl internet üzərindən tanış olub. Ailəli olan Kişiyevin oğlu mənzil kirayələyərək S.Balakişiyeva ilə də yaşamağa başlayıb. Bu isə A.Kişiyevin qəzəbinə səbəb olub və belə bir cinayət törədib.

Meyitlər aşkar ediləndən sonra istintaqçılar qadının həyat yoldaşını arayıb tapa bilmirlər. Bu isə digər ehtimalın meydana çıxmasına əsas yaradıb – cinayət qadının həyat yoldaşı tərəfindən törədilib. Ehtimal edilir ki, qadınla atasının münasibətlərindən xoşlanmayan Kişiyevin oğlu qətl törədib və qaçıb gizlənib.

Araşdırmalar davam edir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button