Önəmli

Ziya Məmmədovu tənqid edən hüquq müdafiəçisi qəzaya düşdü: Təsadüf yoxsa, sui-qəsd?

Ziya Məmmədovu tənqid edən hüquq müdafiəçisi qəzaya düşdü: Təsadüf yoxsa, sui-qəsd?Hüquq müdafiəçisi Vidadi İsgəndərliyə qarşı sui-qəsd baş verib. İnsident, 23yanvar saat 21-00 radələrində Bakı-Qazax avtomobil yolunun 260-cı km-də qeydə alınıb. Belə ki, hüquq müdafiəçisi Vidadi İsgəndərli idarə etdiyi avtomobillə Bakı istiqamətinə doğru irəllədiyi zaman, qarşı istiqamətdən gələn ford markalı avtomobil, yol hərəkət qanunu pozaraq hüquq müdafiəçisinin yoluna çıxmış və nəticədə Ford markalı avtomobil qəza yaratmaqla Vidadi İsgəndərlinın avtomobilini əzərək onun həyatına təhlükə yaradaraq ağır yaralamışdır.

Maraqlısı budur ki, hadisə Yevlax rayon ərazisində yerləşən DYP-nin postunun yaxınlığında baş versədə, qəzaya səbəbkar olan Ford markalı avtomobil hadisə yerindən qaçmışdır. Bu hadisənın sui-qəsd hesab edən Vidadi İsgəndərli Hefteaz.tv-ə onu da əlavə edib ki, hadisə baş verən zaman həmin ərazidə quraşdırılan radarların heç biri işləməyib. Vidadi İsgəndərlinin sözlərini hadisə şahidləridə təsdiq edirlər.

Onların sözlərinə görə, hadisənin səbəbkarı olan Ford markalı avtomobil sürətlə idarə olunaraq qəflətən yoldakı istiqamətini dəyişmiş və hüquq müdafiəçisinin idarə etdiyi avtomobilin üzərinə sürməklə hadisə törətmişdir.

Qeyd edək ki, hadisə zamanı Vidadi İsgəndərliyə həm fiziki, həmdə maddi ziyan dəyib. Hal-hazırda hüquq müdafıəçisinin səhhəti normal deyil və yataq şəraitində müalicə olunur. Məsələni aydınlaşdırmaq üçün Yevlax DYP-kimi tanınan postda olduq. Hefteaz.tv saytının əməkdaşları hadisə ilə bağlı yol polis əməkdaşlarınında mövqeyini öyrənib. Videoçəkilişə icazə verməyən postun yüksək vəzifəli polis zabiti qeyd etdi ki,Qəza törədən Ford markalı avtomobil axtarışdadır. Hal-hazırda hadisə ilə bağlı baş DYP idarəsinin təhqiqat şöbəsində cinayət işi açılıb deyən polis zabiti onu da əlavə etdi ki, radarların işləməməsinin səbəbi yoldakı təmirlə bağlıdır.

Savash.org xatırladır ki, Vidadi İsgəndərli mətbuatda nəqliyyat naziri Ziya Məmmədov haqqında kəskin fikirləri ilə məşhurdur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button