Önəmli

Dizellə işləyən avtomobillər qadağan edilə bilər

Dizellə işləyən avtomobillər qadağan edilə bilərOn milyon britaniyalı dizel ilə çalışan maşınlardan istifadə edir. Bu, maliyyə naziri vəzifəsində olarkən bu qəbildən olan nəqliyyat vasitələrinə vergini azaldan Qordon Braunun təşəbbüsü ilə baş verib. Keçən il Böyük Britaniyanın bütün avto-salonlarında əldə edilən avtomobillərin yarısından çoxu dizel ilə çalışan avtomobillər idi,-The Independent yazır. Benzin mühərrikləri ilə müqayisədə dizel mühərrikləri atmosferə 22 dəfə çox bərk qarışıq verir, bu isə xərçəng xəstəliyinin yaranmasına səbəb olaraq hər il minlərlə britaniyalının həyatına mail olur. Bundan başqa, azot dioksidi atmosferə buraxılır, bu isə bronx-ağciyər və qan-damar sisteminə məhvedici təsir göstərir, nəticədə infarkt, insult və diabet xəstəliyi yaranır. Amma indi dizel mühərrikli maşınlara onlar əlavə olaraq ildə 145 dollar ödəməlidirlər. Analoji praktika Çelsi, Kensiqton, Kamden kimi rayonlarda tətbiq edilir, orada 5 ildən çox işləmə müddəti olan dizel avtomobilləri üçün əlavə ödəniş 27 dollara çatır.

Britaniya avtomobil istehsalatı dizel mühərriklərinin istifadəsi və ya istehsalı yerli hakimiyyət tərəfindən qadağa altına düşə bilər. Qəzet həmçinin qeyd edib ki, bu yaxınlarda istismara verilən “Ford” konveyeri isə şirkətə 300 milyona başa gəlib. (avtosfer.az)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button