“Facebook”-un 1 saat işləməməsinin səbəbkarı bilindi
\”Sony\” və \”Xbox\”-a təşkil edilən kiber hücumlarla adını dünyaya tanıtdıran \”Lizard Squad\”, Facebook və Instagrama kiber hücum etdiklərini bəyan ediblər. \”Anonymous\” və \”Guardians of Peace\” hacker qrupları ilə əlaqəsi olduğu düşünülən \”Lizard Squad\” 2014-cü ildə Sony PlayStation Network (PSN) və Xbox Live oyun platformalarını hədəf almış və ən son hücumlarını da yeni il günü reallaşdırmışdır.
\”Lizard Squad\” ən son olaraq Malayziya Hava Yollarının səhifəsinə hücum etmişdi. \”Facebook\” və \”Instagram\”ın təxminən bir saat müddətində bağlanmasının ardından \”Lizard Squad\” rəsmi \”Twitter\” səhifəsindən açıqlama verərək kiber hücumun onlar tərəfindən edildiyini bildirib.
Qısa müddət əvvəl İngiltərə və Finlandiyada iki üzvü nəzarətə alınan \”Lizard Squad\”ın konkret məqsədinin nə olduğu bilinmir. \”BBC Radio Five Live\” proqramında açıqlama verən \”Member Two\” adlı \”Lizard Squad\” üzvü, edə bildikləri üçün hücumlar təşkil etdiklərini bildirib.
\”Member Two\”, Sony və Microsoft kimi firmaların kiber hücumların qarşısını ala biləcək gücdə olmalarının lazım olduğunu bildirmişdi.
\”Facebook\” isə \”Lizard Squad\” tərəfindən hücuma məruz qaldıqları iddiasını isə rədd edib.