Önəmli

İçində səhvlər olan Quran nüsxələri tapıldı

İçində səhvlər olan Quran nüsxələri tapıldıMəscidi əl-Haramdan içərisində səhvlər olan Quran nüsxələri çıxarılıb.

“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları məscidlərdən içərisində xətalar və yolundan sapmış bəzi təriqətlərə aid səhv təfsirlər olan müqəddəs Quran nüsxələrini çıxarıblar.

İslam işləri, Vəqflər, Çağırış və İrşad naziri Şeyx Saleh əş-Şeyx bildirib ki, çıxarılan Quran nüsxələri müsəlman dünyasının başqa ölkələrində çap olunub və “xeyirxahlar” tərəfindən Məkkədə yayılıb. Onun sözlərinə görə, bir neçə belə kitab Məscid əl-Haramda aşkar edilib. Bəzi nüsxələr kənar nəşriyyatlarda, digər ərəb və müsəlman ölkələrində çap edilib. Bu nüsxələrdin bəziləri keyfiyyətsiz nəşr olunub və kommersiya yolu ilə Məkkəyə gətirilib (AzərTAc).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button