Önəmli

Deputat gənc dindarı həbs etdirib? – TƏFƏRRÜAT

Deputat gənc dindarı həbs etdirib? - TƏFƏRRÜATNamiq Həşimzadənin Fazil Mustafanın sifarişi əsasında zindana atıldığı iddia edilir

Bir müddət əvvəl Avropa.info-nun baş redaktoru Ruslan Bəşirli ilə üz-üzə gələn və buna görə, polisə verilən, özünü «Hizbullah Qalibun» təşkilatının Azərbaycandakı rəhbəri kimi təqdim edən Namiq Həşimzadə yanvarın 8-də həbs olunub. JAM.AZ xəbər verir ki, bu barədə məlumat Facebook sosial şəbəkəsində yayımlanıb.

Həmin məlumatda Namiq Həşimzadəyə qarşı konkret hansı ittihamın irəli sürüldüyü məlum deyil. Həmçinin o da məlum olub ki, həbs olunan dindar cəza çəkdiyi Şüvəlan təcridxanasından məktub göndərib. Və bunu sosial şəbəkələrdə paylaşıblar. Həmin məktubda zülmə qarşı mübarizədən, vəhdət bayrağı altında birləşmədən bəhs olunur.

Bu əsnada sosial şəbəkələrdə Namiq Həşimzadənin həbsinin sifarişli olduğuna dair də iddialar yayılıb. Həmin iddialarda «Hizbullah Qalibun»un Azərbaycandakı rəhbəri kimi təqdim olunan dindarın deputat Fazil Mustafanın sifarişi əsasında həğs edildiyi vurğulanır. Və bunun üçün iki səbəb göstərilir.

Birinci səbəb: Fazil Mustafa Milli Məclisin iclasında Namiq Həşimzadənin məsələsini qaldırmışdı və onun kimilərin həbs olunmasını istəmişdi.

İkinci səbəb: Namiq Həşimzadə ilə Fazil Mustafa sosial şəbəkələrdəki disskussiyaya çıxıblar və deputat onun sualları qarşısında aciz qalıb. Hətta bundan sonra millət vəkili onun haqqında müxtəlif mənfi fikirlər yazanlara qarşı sərt tədbir görəcəyini bəyan etmişdi.

Xatırladaq ki, deputat Fazil Mustafanın adı son günlər başqa bir qalmaqalla da gündəmə gəlib. Onun Babək haqqında səsləndirdiyi fikirlər sərt təpki və tənqidlərlə üzləşmişdi.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırdır.

Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı Asiya.az-a verdiyi açıqlamada bildirib ki, \”Mən heç yerə müraciət etməmişəm. Mənimlə əlaqəli olduğunu düşünmürəm. Adam açıqca başqa ölkənin maraqlarını təmsil etdiyini bəyan edir. Ancaq tutublarsa, demək Azərbaycan dövlətinə xəyanət edən birinin fəaliyyətinə dövlət səviyyəsində həssas yanaşılmasına ancaq sevinmək olar. Bu addıma görə müvafiq dövlət orqanlarımızın əməkdaşlarına təşəkkür düşür.\”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button