Önəmli

İŞİD internetdə xüsusi xidmət orqanlarından necə yayınır? – Qruplaşmanın şok virtual strategiyası

İŞİD internetdə xüsusi xidmət orqanlarından necə yayınır? - Qruplaşmanın şok virtual strategiyasıIŞİD-in virtual dünyadakı strategiyası ilə bağlı hazırlanan bir hesabat, bu qruplaşma haqqında maraqlı iddiaları ortaya qoyub . Həmin hesabata görə, IŞİD üzvləri təhlükəsizlik orqanları tərəfindən ələ keçməmək üçün, az sayda mütəxəssisin bildiyi üsullardan istifadə edir.

Avropa.info xəbər verir ki, İsrail qəzeti \”Haaretz\” in Ido Şulkan adlı kiber təhlükəsizlik mütəxəssisinin hazırladığı hesabata xəbərə görə, təşkilat üzvləri diqqət çəkməmək və yaxalanmamaq üçün \”dark veb\” istifadə edir və onlayn pul vahidi \”bitconi\” sayəsində qruplaşmaya maliyyə göndərir.

\”Dark veb\” sayəsində ələ keçməyən şəbəkə əlaqələri və serverlər yarada bilən IŞİD üzvləri, bu sayədə təhlükəsizlik orqanlarının diqqətini çəkmədən onlayn köməyi ilə dünyanın istənilən yerindən qruplaşmaya pul göndərə bilir.

Hesabata görə, ABŞ-dakı İŞİD tərəfdarları bu yollarla qruplaşmaya əməlli başlı maliyyə dəstəyi verir.

Mütəxəssis qeyd edib ki, \”dark veb\”dən istifadə edilməsi halında onlayn əməliyyatlarının indekslənmir və axtarış mühərrikləri tərəfindən müəyyənləşdirilə bilmir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button