Önəmli

Zakir Həsənov həkimləri cəbhə xəttinə yığdı – (Foto)

Zakir Həsənov həkimləri cəbhə xəttinə yığdı - (Foto)

Bərdə şəhərində Silahli Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Tibb Baş İdarəsinin, Hərbi Tibb Fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçirilən birgə təlim toplantısını Silahli Qüvvələrin Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev açıb. O, məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.

Famil Babayev \”Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının müalicə xüsusiyyətləri. Hərbi travmalarin müalicəsində müasir yanaşmalar\” mövzusunda çıxış edib.

Sonra, Silahli Qüvvələrin Baş reanimatoloqu, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi Vüqar Abdullayevin \”Hərbi travmalar zamanı anestezioloji-reanimasyon yardımın təşkili və göstərilməsi xüsusiyyətləri\” və Hərbi Tibb Fakültəsi rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı, tibb elmləri namizədi Pərviz Məmmədovun \”Silahlı Qüvvələrin Tibb Xidməti və Səhiyyə Nazirliyi arasında elmi əməkdaşlığın təşkili və koordinasiyası\” mövzusunda çıxışları dinlənilib.
Zakir Həsənov həkimləri cəbhə xəttinə yığdı - (Foto)
Zakir Həsənov həkimləri cəbhə xəttinə yığdı - (Foto)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button