Önəmli

Lamiyənin \”həbsxana dastanı\” davam edir: İndi də videosu yayıldı

Lamiyənin "həbsxana dastanı" davam edir: İndi də videosu yayıldı“Baladı, əzizdi”.

Həbsxanada zorlandığı bildirilən, uşaq dünyaya gətirən Lamiyə Quliyevlə bağlı hamının marağına səbəb ola biləcək material yayılıb.

Savash.org Aznews.az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunu öldürən Lamiyə Quliyevanın iki il əvvəl çəkilən videosunu əldə edib. Videoda Lamiyə Quliyeva həbsxanaya düşməsinin acısından danışır, belə bir taleyi heç kimə arzulamadığını deyir. O, danışığı zamanı ad çəkməsə də, Aslan Aslanovla bağlı fikirlərini açıqlayır: “Valideynlərin heç bir günahı yoxdur. Valideyn neyləsin, lap övladı pis də olsa… Əlbəttə ki, balası ölüb… Acığından nə desə edə bilər… Baladı, əzizdi”.

O, baş verən hadisədən peşmançılıq çəkib-çəkmədiyi barədə bunları deyib: “İstəməzdim hər şey bu cür alınsın. Peşmançılıq ona görə çəkirəm ki, mamam tək qalıb, özüm azadlıqdan məhrum olmuşam, tay-tuşumdan seçilmişəm”.

Bildirək ki, video İctimai Televiziyanın 2013-cü ildə qadın məhkumlarla bağlı hazırladığı verilişdən götürülüb. Həmin vaxt Lamiyə məsələsi aktual olmadığından bu, diqqət çəkməyib.

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button