Önəmli

Tələbə qızın yaşaması üçün 5 min manat lazımdır

Tələbə qızın yaşaması üçün 5 min manat lazımdır

Osmanova Günay Pərviz qızı Azərbaycanda nadir hallarda rast gəlinən “Hepatit B” və “Hepatit D” virusundan əziyyət çəkir. Əslən İsmayıllı rayonundan olan 23 yaşlı Günay hazırda tələbədir. O, bir neçə aydır ki, bu, acımasız xəstəliyə yoluxub.

Günay ölkəmizdə “Hepatit D” virusu aşkar edilən sayca 82-ci insandır. Hazırda Bakıda ailəsi ilə birlikdə kirayədə qalan Günayın müalicə xərclərini ödəmək üçün köməyə ehtiyacı var.

Günayın anası Aybəniz Osmanova övladına sağalaması üçün xeyirxah insanlardan kömək gözləyir: \”Başda cənab prezidentimiz olmaqla, birinci xanımdan, Leyla Əliyevadan, hörmətli millət vəkillərindən, mərhəmətli Azərbaycan vətəndaşlarından yardım istəyirəm. Bakıda kirayə qalırıq, yoldaşım şəkər xəstəsidir, işsizdir. Maddi vəziyyətimiz pis olduğundan qızımı müalicə etdirə bilmirik. Həkimlər dəfələrlə xəbərdarlıq edirlər ki, əgər yaxın günlərdə lazım olan dərmanları almasaq Günayın səhhəti daha da pisləşəcək. Çarəsizik. Köməyə ehtiyacımız var. Çox xahiş edirəm qızıma yardım edin\”.

Ananın sözlərinə görə, Günayın müalicəsi üçün ilkin olaraq 5 min manat pul tələb olunur:\”Qızımı müalicə etdirmək üçün hər şeyimizi satmışıq. İndi satılacaq heç nəyimiz qalmayıb ki, Günayın analizlərini Almaniyaya göndərək. Burada da həkimlər deyir ki, lazım olan pulu tapmasanız, Günayın səhhəti getdikcə pisləşəcək. Bir ana kimi hamıdan kömək istəyirəm. Səhiyyə naziri Oqtay Şirəliyevə üz tutaraq ondan bizə yardım etməsini xahiş edirəm”.

Günaya kömək etmək istəyən insanlar bu nömrələrlə (055 285 65 79, 055 654 11 65) əlaqə saxlaya bilərlər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button