İŞİD-çilər Mematiyə hücum etdi – TƏFƏRRÜAT
Türkiyədə serial çəkilişləri zamanı İŞİD tərəfdarı olan bir qrup çəkilişlərə mane olub.
ANS PRESS-in məlumatına görə, Türkiyənin ən çox izlənən seriallarından olan, eləcə də məşhur “Kurtlar Vadisi” serialında Məmati obrazını canlandıran Gürkan Uyqunun da rol aldığı “Kaçak”ın çəkilişləri zamanı xoşagəlməz hadisə baş verib.
İstanbulda həyata keçirilən çəkilişlər zamanı bir qrup onlara yaxınlaşaraq, “burada serial çəkə bilməzsiniz. Biz İŞİD tərəfdarıyıq. Sizə burda icazə vermirik” deyiblər. Buna əhəmiyyət verməyən çəkiliş heyəti, çox keçmədən əllərində dəyənək olan bir neçə nəfərin hücumuna məruz qalıb.
Heyətin bəzisi avtomobillərə minərək canlarını qurtarsa da, işçilərdən bəziləri xəsarət alıb. Hadisədən xəbər tutan polis əraziyə çatana qədər İŞID tərəfdarları qaçıblar.