Önəmli

Süpürgəçi Türkiyədə necə qəhrəman oldu

Süpürgəçi Türkiyədə necə qəhrəman olduArtıq Rusiya mediası da ondan yazır

“РИА Новости” agentliyi Türkiyənin “Dogan” agentliyinə istinadən xəbər verir ki, küçə süpürməklə ailəsini dolandıran Şükür Dəniz hazırda ölkənin ən sevilən insanına çevrilib. Belə ki, o, 7-ci mərtəbədən yıxılan 4 yaşlı uşağı göydə tutaraq, onu xilas edib.

Hadisə noyabrın 28-də Əskişəhərdə baş verib. Şükür Dəniz küçəni süpürərkən görür ki, binanın yuxarısından uşaq ayaqqabıları yerə düşdü. Yuxarı baxanda görür ki, qızcığaz pəncərənin qırağında oynayır. Başa düşüb ki, uşağın pəncərədən yıxılması an məsələsidir. Uşağı xilas etmək üçün qollarını açaraq, özünü irəli atıb.

“Onu havadaca tutmağa çalışdım. Qızcığaz yıxıldıqdan sonra ağlamağa başladı. Ancaq ağlı başında idi. Mən fiziki baxımdan elə bir zərbə almasam da, ciddi şok keçirdim. Bir neçə dəqiqə ərzində yerimdən dura bilmədim”, süpürgəçi Dəniz deyib.

Qızcığaz dərhal xəstəxanaya aparılıb. Bir gün sonra isə uşağın qohumları bildiriblər ki, hər şey yaxşıdır, uşağın həyatına heç bir təhlükə yoxdur. Onu bazar günü evə buraxacaqlar.

Hazırda Şükür Dənizin bu hərəkəti sosial mediada ən çox müzakirə olunan mövzudur. Şükür Dəniz artıq Türkiyədə qəhrəmana çevrilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button