Önəmli

Bakıda yol polisi qəzaya düşdü – 5 yaralı

Bakıda yol polisi qəzaya düşdü - 5 yaralıGecə saatlarında Səbail rayonu ərazisində polis avtomobili digər maşınla toqquşub.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 01:30 radələrində Nizami-Zorge küçələrinin kəsişməsində Qəbələ rayon sakini 1990-cı il təvəllüdlü Tural Bəhruz oğlu Alıyevin idarə etdiyi Opel markalı 99 BL 554 nömrəli və xidmətdə olan Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru polis serjantı 1986-cı il təvəllüdlü Abbasəli Pərviz oğlu Ələkbərovun idarə etdiyi BMW markalı 10 YP 448 nömrəli avtomobillər toqquşub.

Nəticədə T.Alıyev, sərnişinləri 1985-ci il təvəllüdlü Ayaz Eyyubov, 1980-ci il təvəllüdlü Bəhruz Rüstəmov, polis serjantı A.Ələkbərov və inspektor polis leytenantı 1985-ci il təvəllüdlü Arzuman Arzumanlı Kliniki Tibbi Mərkəzdə yardım alıb evə buraxılıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button