Önəmli

İntihar edən şagirdin direktoru danışdı: \”Onu incitməmişik…\”

İntihar edən şagirdin direktoru danışdı: "Onu incitməmişik..."“Gədəbəy rayonu Arabaçı kəndində intihar edən 5-ci sinif şagirdi Şahin Gülzalı oğlu Abbasovun təhsil aldığı orta məktəbdə heç bir problem olmayıb”.

Savash.org xəbər verir ki, bu barədə məktəbin direktoru Tofiq Mirzəyev ans press-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, intihar deyildiyi kimi məktəbdə yaranmış problem səbəbindən olmayıb.

“Ümumiyyətlə deyilənlərin hamısı bizim məktəbə qarşı yönələn qara qüvvələrin işidir. Şahin Abbasovun məktəbdə heç bir problemi olmayıb. Davamiyyəti yaxşı olub. Bacardığı qədər müəllimlərin tapşırıqlarını yerinə yetirməyə çalışıb. Ondan heç kəs narazılıq etməyib. Hadisə baş verən günün səhəri sinifə girib, uşaqlarla bir-bir danışmışam. Uşaqlar da bildiriblər ki, sinif rəhbəri heç kəsi incitməyib”, – deyə Tofiq Mirzəyev bildirib.

İntihar edən şagirdin sinif rəhbəri Rübail Nəbiyev açıqlamasında bildirib ki, barəsində deyilənlərin heç biri həqiqəti əks etdirmir.

Qeyd edək ki, yanvarın 23-də Gədəbəy rayonunda 11 yaşlı oğlan intihar edib.

Bu barədə Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyev məlumat verib. Onun sözlərinə görə, rayonun Arabaçı kəndində 2004-cü il təvəllüdlü Şahin Gülzalı oğlu Abbasov özünü asıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilib. Hazırda baş verən intiharın səbəbləri dəqiqləşdirilir.

Hadisə ilə əlaqədar bildirilib ki, uşaq orta məktəbdə müəllim tərəfindən döyülüb. Deyilir ki, 5-ci sinifdə oxuyan oğlanın sinif rəhbəri Rübail Tofiq oğlu Nəbiyev döyüb.

Ehtimal olunur ki, məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşən uşaq bu səbəbdən özünü asıb. Lakin rayon prokurorluğunda faktla bağlı heç bir məlumat verilməyib.

\”Rübail Nəbiyev intihar edən Şahin Abbasovun sinif rəhbəri olduğu üçün dindirilib. Hazırda istintaq aparılır. İstintaq sirri olduğu üçün bəzi detalları açıqlaya bilmərik\”, – deyə Anar Nağıyev bildirib.

Faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyində araşdırmalara başlanılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalardan sonra hadisənin əsas səbəbləri məlum olacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button