Önəmli
Aslan Aslanovun həbs xəbəri yayıldı və…təkzib gəldi
Şəmkir rayonunun sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini, adı son zamanlar \”Lamiyə olayı\” ilə bağlı hallanan Aslan Aslanovun həbs olunması ilə bağlı xəbərlər yayılıb.
Savash.org xəbər verir ki, bu haqda facebook-da Aslan Aslanovun oğlu Ruslanın qətlinə görə həbs olunan Vüqar Əliyevin vəkili Adəm Məmmədov yazıb.
Qeyd edək ki, Aslan Aslanov barəsində yayılmış məlumatlara münasibət bildirməyə gecikməyib. “Qafqazinfo”ya açıqlamasında keçmiş icra başçısı bütün bu xəbərləri dezinformasiya adlandırıb:
“Yayılan xəbərlər cəfəngiyatdır. Hazırda öz evimdəyəm. Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”.