Önəmli

Laçının icra başçısı məcburi köçkünlərlə növbəti görüş keçirdi

Laçının icra başçısı məcburi köçkünlərlə növbəti görüş keçirdi6 fevral 2015-ci il tarixdə Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Laçın Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun görüşü və səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin rayonun əlaqədar idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edərək bütün məcburi köçkünlər kimi laçınlıların da qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirmişdir. Rayon rəhbəri çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, ordu quruculuğu sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusilə qeyd edərək məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulamışdır.

Məcburi köçkünlərlə görüşdən sonra 320 nəfər rayon sakininin iştirakı ilə səyyar qəbul keçirilmişdir. Yüksək səmimiyyət şəraitində keçirilən səyyar qəbulda 33 nəfər laçınlı məcburi köçkünün müraciətləri dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlər əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müayinə və müalicə, maddi cəhətdən köməklik olunması, işlə təmin edilmə və təhsil məsələləri barəsində olmuşdur. Görüşdə xüsusilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının qaldırdıqları məsələlərə daha həssaslıqla yanaşılmış, səyyar qəbulda səsləndirilmiş müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verilmiş, verilmiş tapşırıqların icrası Rayon İcra Hakimiyyəti başçısı aparatının əlaqədar şöbələrinin nəzarətinə götürülmüşdür.

Sonda məcburi köçkünlər onlara göstərilən hərtərəfli və davamlı qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə etmişlər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button