Önəmli

Oğlunu boğaraq öldürən ananın şok etirafı: \”Qulaqları böyük idi…\”

Oğlunu boğaraq öldürən ananın şok etirafı: "Qulaqları böyük idi..."Ankarada yerləşən Qazi xəstəxanasında qadın tualetində 10 yaşlı oğlunu boğaraq öldürən ana ifadə verib.

Nurhan adlı qadın oğlunu qulaqları böyük olduğu üçün öldürdüyünü deyib. Onun sözlərinə görə, oğlunu xəstəxanaya professor Mətin Yılmazın yanına gətirib. Həkim problemin estetik əməliyyat nəticəsində aradan qaldırılmasının mümkünlüyünü bildirib.

Uğurlu əməliyyatdan sonra gecə saatlarında Nurhan oğlunu gəzmək adı ilə palatadan çıxarıb. O, bir müddət gəzdikdən sonra oğlunu qadın tualetinə gətirib və burada başına bağladığı örtük ilə onu boğub. Uşağın öldüyünə əmin olduqdan sonra xəstəxanadan qaçan ana özünü magistral yolda maşınların altına atıb. Yüngül xəsarətlərlə xəstəxanaya gətirilən qadın oğlunu öldürdüyünü etiraf edib. O bildirib ki, qulaqlarının böyüklüyü oğluna həm dost qazanmaqda, həm də məktəbdə mane olub. Qadın bu səbəbdən belə bir yola əl atıb.

Hadisədən sonra dindirilən tibb bacıları da ananın kifayət qədər səmimi olduğunu və oğluna yaxşı qayğı göstərdiyini deyiblər. (teleqraf.com)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button