Önəmli

Yüz minlərlə manatı götürüb yoxa çıxan üç qadın tutuldu

Yüz minlərlə manatı götürüb yoxa çıxan üç qadın tutulduMingəçevir, Qazax və Bərdədə yüzlərlə insanı aldadaraq onlardan işə düzəltmək adı ilə pul alan, daha sonra da aradan çıxan üç qadın tapılıb.

Məlumata görə, həmin qadınlar dünən axşam saatlarında saxlanılıblar.

Mingəçevir, Qazax və Bərdədə insanlardan pul alaraq onları kurslara, uşaqlarını isə uşaq bağçalarına düzəltmək adı ilə pul alan Pərvanə Tağıyeva, Ülkər Sanılı və Vüsalə Mahmudova dünən axşam Mingəçevirdə saxlanılıblar. Onlar hazırda polis şöbəsində dindirilir.

Xatırldadaq ki, Mingəçevir, Bərdə və Qazaxda hazırlıq kursları, uşaq bağçaları açan bu şəxslər xeyli sayda insandan işə düzəltmək adı ilə 800-1500 manat arasında pul alıblar. Lakin sonradan ya bu şəxslər işə götürülməyib, ya da işə götürülənlər maaşlarını ala bilməyiblər.

Qeyd edək ki, onlar təhsil mərkəzlərini və uşaq bağçalarını “T-Group” Tədris Mərkəzi adı altında açıblar.

Virtualaz.org

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button