Önəmli
Qara maskalılar Aslan Aslanovun evində axtarış apardı
Ötən gün günorta saatlarında \”Lamiyə işi”ndə əsas fiqurant Aslan Aslanovun evi polis mühasirəsindədir. Kənd təsərrüfatı nazirnin sabiq müavininin Ayna Sultanova heykəli yaxınlığındakı evində qara maskalıların iştirakı ilə axtarış aparılır.
Bu haqda redaksiyamıza məlumat verən şəxs deyib ki, A.Aslanovun villası qarşısından keçən yol bağlanıb. Hüquq-mühafizə orqanı əməkdaşları ərazidə aparılan tikinti işlərini də dayandırıblar.