Önəmli
Məleykə Abbaszadə ittiham etdi, Təhsil Nazirliyi \”araşdıracağıq\” dedi…
Təhsil Nazirliyi TQDK sədri Məleykə Abbaszadənin orta məktəblərinin IX və XI siniflərində yazib-oxumağı bacarmayan şagirdlərin olması ilə bağlı bu gün səsləndirdiyi fikirlərə münasibət bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri Təhsil Nazirliyində də təhlil ediləcək.
TQDK tərəfindən 9 və 11-ci sinif şagirdləri arasında yazıb-oxumağı bacara bilməyənlərin aşkarlanması ilə bağlı da araşdırmalar aparılacaq.
“Təbii ki, hər bir hal təhlil ediləcək və nəticədən asılı olaraq, görüləcək tədbirlər müəyyənləşdiriləcək”.