Önəmli

Həbsxanalarda narkotikdən istifadə… niyə populyardır?

Həbsxanalarda narkotikdən istifadə... niyə populyardır?
“Peredozirovka”dan ölən türmə rəisləri, “şor var” anonsu və kitabın içində gizlədilən heroinlər..

Məmməd Zeynalov: “Vaxtilə elə rəislər olub ki, özləri xüsusi olaraq narkotik gətirərək satdırıblar”

Həbsxanalarda narkotik alveri, məhkumların narkotik maddələrdən istifadəsi mövzusu media üçün yad deyil. Ədliyyə Nazirliyi Penitensiar Xidmət zaman-zaman bununla bağlı ilginc məlumatlar yayır. Xəbərlərdə daha çox məhkumlara yaxınları tərəfindən sovqatın içərisində narkotik ötürülməsi halları yer alır.

Bu günə qədər qəndin içində, kitabın vərəqləri arasında gizlədilmiş, müxtəlif növ yeməklərin içinə qoyulmuş narkotik maddələrin aşkarlanaraq götürülməsi ilə bağlı xəbərlər yayılıb. Bunlar türmələrdəki narkotik dövriyyəsi ilə bağlı xəbərlərin ən “məsum”u və üzdə olanıdır.
Bəs məhbuslar üçün narkotik maddəni bunca vazkeçilməz edən nədir? Nə üçün türmə və narkotik maddə “ayrılmaz cütlüyə” çevrilib?

Öncə bu barədəki bəzi detalları yada salaq. Türmə həyatı yaşamış “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid çap olunmayan “Ölüm korpusu” kitabında türmədəki narkotik alveri barədə xeyli ilginc məlumatlar yazıb. O, həbsxanada bu alverin olduğunu detallı təsvir edib: “Mən bir rəisin bu boyda həngamənin altına təkbaşına girəcəyini təsəvvür etmirəm. Bu biznesin iri himayəçiləri var. Həbsxanalarda narkotik alveri çox iri pullar gətirir. Burada narkotik bayırdakından 5 dəfə bahadır, müştərisi də başının altında: hər tərəf narkomandır. Gedin, hasarın üstündən baxın, 6-cı ”zon\”da nə qədər adamın elə içəridə olduğu zaman narkotikə qurşandığını görəcəksiniz. Bazarı olmayan “zon”a narkotik keçirmək 100 faizlik ilişmək deməkdir. Belə “zon”larda onu istifadə etmək mümkün deyil. Hər tərəf idarənin agentləri ilə doludur.
Həbsxanalarda narkotikdən istifadə... niyə populyardır?

Bu qədər agent haradan əmələ gəlir? Axı bu, aşağı davranış modelidir, bizim dustaqların, dünənki və sabahkı tam hüquqlu vətəndaşların arasında bu qədər agent necə əmələ gəlir?
Bu, bayırdan içəriyə işləyən konveyerdir.

Nadir hallarda narkoman birinci dəfə polisin caynağına keçən kimi məhkəməyə göndərilir. Əksər hallarda onlardan pul alıb buraxırlar. Həm də bir neçə dəfə. Pul verib yaxasını qurtaran narkoman polisin qeydiyyatına düşür. Polis onları saf-çürük edir və özünə gerçək agentlər yaradır. Bu agentlər polis üçün narkoman ovu təşkil edirlər. Polis də əvəzində onlara narkotik verir və beləliklə, bu tip narkomanlar olurlar “paykovoy” adlanan xüsusi zümrə. Amma heç bir “paykovoy” həbsdan yaxasını qurtarmır.

Həbsxanalarda narkotikdən istifadə... niyə populyardır?Zamanı gələndə himayədar polis “paykovoy”a “qaqaş, çürümüsən e, getməlisən”, deyib qandalı taxır qoluna. Onlar da gəlib düşürlər “zon”a və burada onların şəxsi işindəki xüsusi qeydiyyat düşür əməliyyat müfəttişlərinin əlinə. Həbsxanada “paykovoy”ları boykot, hətta ola bilər ki, xüsusi haqq-hesab gözləyir. Amma əməliyyat şöbəsi onları ifşa etmir və əvəzində məlumat şəbəkəsinə “işə” alır.

Eyni qayda öz ortaqlarını istintaqa satanlara da tətbiq edilir; eyni qayda nə zamansa kimlərisə şikayət edib tutduranlara da tətbiq edilir; eyni qayda həbsxana Idarələrində ötəri sıxma-boğmaya dözməyib əməkdaşlığa razılıq verən zəif iradəli adamlara da tətbiq edilir…
Beləliklə, həbsxanalarda agenturanın nəhəng şəbəkəsi yaranır. Hər bir həbsxanada dustaqların 30-60 faizi bu agenturanın içində yer alır. Üstəgəl, bütün “zon”larda kontingentin 10 faizini təşkil edən sanitarlardır (Bunlar azadlığa çıxanda da polisin agentura şəbəkəsində təkrar istifadəyə qaytarılırlar)\”.

Keçmiş məhbuslar onu da deyir ki, adətən türmənin ərazisində yerləşən mağazalarda narkotik alveri gizli şəkildə həyata keçirilir. Həmin mağazanın şüşəsinə “şor var” sözlərinin yazılıb yapışdırılması gizli koddur və satışda narkotikin olması mesajını verir. Bu alveri isə “seçilmiş məhbuslar” həyata keçirir. Onlar digər məhbuslarla birgə qalmır, sırf bu məqsəd üçün istifadə edilir və ciddi paralar qazanıb, qazandırırlar.

Həbsxanalarda narkotikdən istifadə... niyə populyardır?Bu günə qədər türmədə “peredozirovka”dan dünyasını dəyişən xeyli türmə işçisi, hətta rəisi barədə mətbuat yazıb və bu, narkotika bəlasının hətta üst eşelonu da əhatə etməsi barədə məlumatları möhkəmləndirir. Amma ildə bir dəfə keçirilən tibbi yoxlama əməliyyatından “alnıaçıq, üzüağ” çıxmanın da yolları var. Belə ki, yoxlamadan bir ay öncə narkoman məhbuslar və eləcə də türmə işçiləri plazmaferezdən (qanın yuyulması) keçirlər. Bununla da türmənin adı “qara siyahı”ya düşmür.

Penitensiar Xidmətin keçmiş rəisi Məmməd Zeynalov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sahədə əyintilər hər zaman olub, amma ona qarşı mübarizə zəif olub: “Onu minimuma endirmək mümkündür, amma tamamən aradan qaldırmaq yox. Amma dustaqların, ailə üzvlərinin arasında elələri var ki, içəriyə hansısa formada narkotik keçirirlər. Əməliyyat xidmətləri var. Bu xidmətlər bir dəfə yanıla bilər, iki dəfə. Amma hər zaman yanılma mümkündür”.

Məhbuslar arasında narkotikin populyarlıq qazanmasının səbəblərinə gəlincə, müsahibimiz dedi ki, əslində məhbuslar da cəmiyyətin güzgüsü, onun bir hissəsidir. Belə ki, bayırda narkotikdən istifadə edən adam daha sonra türməyə girir və narkotik asılılığını orada davam etdirir: “20 il öncə narkotik bu qədər çox deyildi, belə yayılmamışdı. İndi bu hal cəmiyyətdə artıqca proporsiya türmələrə də təsir göstərib. Türmə işçilərinin özləri də bəzən o yerə əl atırlar. Vaxtilə elə rəislər olub ki, özləri xüsusi olaraq narkotik gətirərək satdırıblar. Oğrular, dələduzlar hər yerdə olduğu kimi, nəzarətçi vəzifəsi daşıyanlar arasında da var”.

M.Zeynalov dedi ki, hazırda narkotik alveri ilə daha çox aşağı ranqlı məmurlar məşğul olur. Onlar bunu əmək haqlarının azlığı ilə izah edirlər: “Çoxu 10-cu sinfi qurtardıqdan sonra gəlib burda işə düzəlir. Nə savadı olur, nə xüsusi qabiliyyəti. Türməyə nəzarətçi götürəndə də savada yox, fiziki göstəricilərə və sağlamlıq dərəcəsinə baxırlar. Savadsız adamlarsa hansı yolla olursa olsun, pul qazanmaq məqsədi daşıyır”.(musavat.com)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button