Önəmli

Ramil Usubov üç rayonun polis rəisini dəyişdi

Ramil Usubov üç rayonun polis rəisini dəyişdiTovuz Rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə Göygöl Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov tutduğu vəzifədən azad edilərək Tovuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Ramil Usubovun digər əmri ilə Ağsu Rayon Polis Şöbəsinin rəisi Bahadur Şükürov tutduğu vəzifədən azad edilərək Göygöl rayonuna polis rəisi təyin edilib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button