Önəmli

Lamiyə ANS-ə müsahibə verdi: \”İstərdim ki, uşağım…\” – VİDEO

Lamiyə ANS-ə müsahibə verdi: "İstərdim ki, uşağım..." - VİDEO“İstərdim ki, körpəm hər şeyi dərk edən bir vaxtda azadlıqda olsun”

Son bir neçə ayda ölkə mediasının və ictimayyətin diqqətini özünə cəlb edən həbsxanada uşaq dünyaya gətirən Lamiyə Quliyeva ilk dəfə olaraq televiziyaya açıqlama verib.

Lamiyə Quliyeva bir çox məsələlərə aydınlıq gətirib. Özündən siyasi silah kimi istifadə olunmasını söyləyən məhbus qadın gündəmi zəbt edən həbsxanada dünyaya gətirdiyi uşağından söhbət açıb.

“Mən artıq anayam, övladım var. İstəməzdim ki, o da burada mənim kimi məhbus həyatı yaşasın. Artıq bir yaşında onun hər şeyi dərk edən bir vaxtı olacaq. O, hələ heç nə bilmir, hər şeydən xəbərsizdir. Körpəm 4 aylıqdır. İstərdim ki, o, hər şeyi dərk edən bir vaxtda azadlıqda olsun”, – deyə Lamiyə Quliyeva bildirib.

Qeyd edək ki, Lamiyə Quliyevanın müsahibəsini bazar günü Mir Şahinin təqdimatinda efirə gedəcək “Hesabat”da baxa bilərsiniz. (anspress)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button