Önəmli

Nemət Pənahlının Şamaxıdakı torpağını əlindən aldılar

Nemət Pənahlının Şamaxıdakı torpağını əlindən aldılarMəhbus siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı prezidentə müraciət ünvanlayıb.

Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı Modern.az-a bildirib ki, müraciətin əsas səbəbi 2004-cü ildə Şamaxının Avaxıl kəndində ailəyə məxsus torpaq sahəsi ilə bağlıdır: “O torpağı alanda bir müddət sonra məlum oldu ki, keçmiş bələdiyyə sədri Lətif Lətifov həmin torpağı başqasına satıb.

O vaxtı Nemət özü işə müdaxilə etdi Bakıdan Dövlət Torpaq Komitəsindən, icra hakimiyyətindən ora nümayəndə heyyəti gəldi. Əraziyə baxış keçirildi Nemət sübut etdi ki, bura həqiqətən də bizə məxsus torpaq sahəsidir. Xahiş etdilər ki, səhvən olub gəlin sizə başqa bir yerdən torpaq sahəsi verək. Uzun danışıqlardan sonra Nemət güzəştə getdi bizə başqa yerdən torpaq sahəsi verdilər. Bu torpaq bizə 20 nəfərin şahidliyi ilə ölçülüb, sənədləşdirilib verilib.

O vaxtkı bələdiyyə sədri Lətif Lətifov işdən çıxndan sonra qardaşı Heydər Lətifov bələdiyyə sədri seçildi.

Nemət həbs olunandan sonra bəzi sözlər eşitdim və ona xəbər göndərdim ki, birdən bilməyib bizə məxsus torpağı kiməsə satar. O da xəbər göndərirdi ki, nə danışırsız Nemət həbsdədir, biz belə namərdlik etmərik, narahat olmayın. Siz torpağın sənədlərini göndərin mənə bilim ki, sizin torpaq sahəsi haradır. Bildirdim ki, o yer qardaşınız Lətif müəllimin öz iştirakı ilə çəpərlənib. 2004-cü ildən o torpağı özümüzün bilib, gedib gəlirik. Heydər Lətifov sənədləri məndən aldı. Sənədləri ondan geri istəyəndə də sabah, biri gün verərəm deyə-deyə bir il yubatdı.

Sənədi göndərdiyim həmin kənd sakini də buna şahiddir. Ötən yay getdim ki, bizə məxsus olan torpağı başqasına satıb. Bir ilə yaxındır ki, apardığım danışıqların faydası olmadı. Bizə aid olan torpağı başqasına niyə satdığını soruşdum. Mənə deyir ki, sizin torpaq sahəsi başqa yerdədir, xəbəriniz yoxdur. Necə olur bizə başqa torpaq sahəsi verilib, bu 10 ildə biz bununla maraqlanmamışıq?”

Həcər Pənahlının sözlərinə görə həyat yoldaşı Nemət Pənahlı həbsxanada bunu eşidib səhhəti pisləşib: “Sona da deyirlər ki, problemləri ictimiləşdirirsiz. Mənim yoldaşım həbsdədir bunun bizim mülkə nə aidiyyatı var? Nə mən, nə də uşaqlarım siyasətçi deyil. Bu torpaq mənim uşaqlarımın haqqıdır. Bu gün elə bir vəziyyətdəyəm ki, uşaqlarımın sabah yeyəcəyi çörəyi belə bilmirəm hardan tapacam. Torpağı satıb uşaqların dolanışığına sərf edəcəkdim.

Həyat yoldaşım həbsdə, özüm işsiz ola-ola 6 uşaq saxlayıram, hökumətdən bir manat da almıram. İcra hakiminin müavini qaynımı qəbul edib deyib ki, gedin verin məhkəməyə. Elə bir durumdayam ki, uşaqlarımın təhsil haqqını ödəyə bilmirəm. Bu dövlət üçün dörd oğlan böyüdürəm sabah sərhəddə durub vətəni qoruyacaqlar. Uşaqları böyütməyə heç kim mənə yardım etmir. Bunu bir kənara qoyuram, amma mülkiyyətimi niyə əlimdən alırlar?\”

Məsələ ilə bağlı məhbusun həyat yoldaşı dövlət başçısına və ölkənin birinci xanımına müraciət edib.

6 övlad atası olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button