Önəmli

Dollar 20-30% bahalaşacaq – Proqnoz

Dollar 20-30% bahalaşacaq - ProqnozXəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) nəhayət ki, manatın məzənnəsinin gələcəyi ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlama AMB-nin İdarə Heyətinin toplantısından sonra ictimaiyyətə açıqlansa da, burada bir çox qaranlıq məqamlar mövcuddur.

AMB sədri manatın məzənnəsinin artıq sabit qalmayacağını və valyuta səbəti sisteminə keçməyi planlaşdırıldığını bildirib. Valyuta səbətində avronun 20-30% ağırlığa malik olacağı, qalanının isə ABŞ dollarından ibarət olacağı ehtimalı irəli sürülüb. Ən əsas məqam – illik inflyasiyanin 7-8 faizə çatdırılması ilə bağlı plandır.

İlk olaraq sıravi insanları çaşdıracaq məqam valyuta səbətinin strukturunun açıqlanmaması ilə bağlıdır. Hazırda valyuta səbəti ABŞ dolları 75% və avro 25% götürülməklə təxminən 0,814 AZN təşkil edir. Lakin AMB-nin hədəf olaraq hansı səviyyəni götürəcəyi açıqlanmır.

\”Report\”un analitik qrupunun hesablamalarına əsasən, illik inflyasiyanın 7-8% hədəflənməsi fonunda və bu il əmək haqqı və pensiyalar artırılmayacağı təqdirdə məzənnənin 25-30% artacağını proqnozlaşdırmaq olar. Yəni avro/dollar məzənnəsi bugünkü vəziyyətdə (1,14 USD/EUR) qalarsa, o zaman Azərbaycanda dolların məzənnəsinin 1 manata, avronun isə 1,14 manata qədər yüksəlməsi gözləniləndir.

Lakin dünya bazarındakı vəziyyətdən asılı olaraq avro və dolların daxili bazarda manata qarşı məzənnəsi də dəyişəcək. Dünya bazarında avro/dollar məzənnəsi paritetə çatarsa, bu, Azərbaycanda ABŞ valyutasının məzənnəsinin 1 manatı da üstələcəyini gözləmək olar. Maraqlıdır ki, beynəlxalq ekspertlər də hazırkı vəziyyətdə bu iki valyutanın qarşılıqlı məzənnəsinin bərabərləşməyə doğru irəlilədiyini qeyd edirlər. Bəzi müşahidəçilər isə avronun dollardan daha ucuz olacağını da istisna etmirlər.

Nəticə olaraq, ilkin proqnozlara əsasən, Azərbaycanda artıq bu ilin sonu-gələn ilin əvvəlində avro və dolların manatdan daha güclü valyuta olacağını görəcəyik. Daha sonra isə məzənnə dünyada neftin qiymətinin dinamikasından asılı olacaq.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button