Önəmli

Vatikandan Azərbaycana aid xəritələr tapıldı

Vatikandan Azərbaycana aid xəritələr tapıldıMilli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva İtaliyada səfərdə olub. O, səfər çərçivəsində İtaliyanın aparıcı şərqşünaslıq mərkəzində – Neapol Şərqşünaslıq Universitetində olub.

Səfər çərçivəsində G.Baxşəliyeva Vatikan Apostol kitabxanasında və İtaliyanın Milli kitabxanasında axtarışlar aparıb. Vatikan kitabxanasında bir çox xəritələrə baxış keçirərək, Azərbaycan və regionun tarixi coğrafiyasına aidiyyəti olan 18 xəritənin surətləri sifariş edilib. Surətlər bir ay ərzində sifarişçiyə göndəriləcək. Eyni zamanda alim tərəfindən Vatikanda saxlanılan, ərəb, fars və türk əlyazmalarının (bütövlükdə 4 cild) kataloqları alınaraq, ölkəmizə gətirilib. Hazırda onların üzərində ətraflı araşdırma aparılır.

Milli kitabxanada axtarış aparan alimimiz burada bir sıra azərbaycanlı müəlliflərin əsərlərinin saxlanıldığını müəyyən edilib. Əslən Təbrizdən, Şirvandan, Bakıdan, Bərdədən və digər tarixi Azərbaycan ərazilərindən olan müəlliflərin əsərləri bizim üçün böyük maraq doğurur. Milli kitabxanada saxlanılan şərq əlyazmalarının kataloqları, təəssüf ki, bugünədək çap olunmayıb və onlarla yalnız kitabxananın özündə tanış olmaq mümkündür. 35 qalın cilddən ibarət şərq kataloqlarından zaman məhdudluğundan yalnız 9-u ilə tanış olmaq mümkün olub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button