Önəmli

Əhali manatdan nə itirəcək?

Əhali manatdan nə itirəcək?
“Əlində 5-10 min manat olan adamların tələm-tələsik qaçaraq pulunu dəyişməsinə heç bir ehtiyac yoxdur”.

ANS PRESS-ə müsahibə verən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, əlində az miqdarda vəsait olan ölkə vətəndlaşlarının ajiotaja düşməsinə səbəb yoxdur.

“İki gün ərzində manatın dollara nisbətən 0,1 faiz dəyər itirib. Yəni 10 min manatı olan adam üçün bu, 10 manat itki deməkdir. Bəziləri banklarda olan depozitlərini çıxararaq dollara çevirməyə çalışırlar. Amma anlamırlar ki, depozit müqaviləsini pozmaq üzündən ediləcək cəriməyə görə daha çox itkiyə məruz qalacaqlar”,- deyə Samir Əliyev vurğulayır.

Ekspertin fikrincə, manatın ucuzlaşmasından yalnız əlində iri nağd vəsait olan insanlar nəzərə çarpacaq dərəcədə pul itirə bilərlər. “Əlində 100 min manat olan adam, deyək ki, 100 manat itirib. Həmin vəsaitdən çox pulu olanlar narahat ola bilərlər”, – deyə ekspert vurğulayır.

Samir Əliyevin fikrincə, hazırda vətəndaşların əllərində bir neçə milyard manat nağd vəsait var ki, Mərkəzi Bank üçün həmin vəsaitlərin hamısını dollara çevirmək elə də çətin olmayacaq. “Yəqin ki, bir neçə gün həmin pulların təzyiqi yaşanacaq və AMB bazarı tam dollarla doydurmalı olacaq. Sonra isə sabitləşmə baş verəcək. Buna görə də, evində bir neçə min manat olan vətəndaşların təşvişə düşməsinə heç bir səbəb yoxdur”,- deyə iqtisadçı ekspert bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button