Önəmli

Vətəndən aliment ala bilməyən ana 10 ildir yollarda qalıb

Vətəndən aliment ala bilməyən ana 10 ildir yollarda qalıb

Zemfira Əlihüseynova Cəlilabad sakinidir. İki övladı var. 10 il əvvəl həyat yoldaşından boşanıb.

Z.Əlihüseynova indi deyir ki, bu müddətdə aliment almasi müşkül bir işə çevrilib: \”10 ildir alimentə görə sürünürəm. Bu müddət ərzində iki uşağa görə vur-tut 340 manat aliment almışam. Qalan vaxtlar aliment tələb edəndə deyiblər ki, cavabdehi tapa bilmirik.

2005-ci ildə keçmiş həyat yoldaşım Vətən Zeynalovla Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək boşanmışıq. Məhkəmə qərar çıxardığı zaman mənə iki uşağa görə aliment, əmlakımızdan pay, bir də Vətən Zeynalovun ata evindən pay verilməsi ilə bağlı qərar çıxarıb. Keçmiş həyat yoldaşım qərardan apelyasiya şikayəti verdi. Apelyasiya Məhkəməsi də yalnız aliment almalı olmağım barədə qərar verdi”.

Z.Əlihüseynovanın sözlərinə görə, ər-arvad boşanandan sonra Vətən Zeynalov Rusiyaya gedib. Ötən 9 il ərzində cəmi 340 manat aliment ödənilib: “Bu vaxta qədər keçmiş həyat yoldaşımın 3000 manat alimenti yığılıb. Birgə nikah dövründə aldığımız maşının bölgüsündən isə mənə 1400 ABŞ dolları borcu qalıb. Nə vaxt icra şöbəsinə gedirəmsə, deyirlər ölkədə yoxdur\”.

Cəlilabad Rayon Polis Şöbəsindən \”Azadlıq\”a bildirilib ki, şöbə tərəfindən Vətən Zeynalov barəsində 25 may, 2010-cu il tarixdə axtarış işi açılıb. O, ötən ilin mart ayında Rusiyadan Azərbaycana keçərkən saxlanıb. 20 gün həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.​

Cəlilabad rayon icra şöbəsinin rəisi Şöhlət Şahverdiyev isə bunları bildirib: \”2005-ci ildə saxlanan Vətən Zeynalov müddəti bitib azad ediləndə tapşırıldı ki, 10 gün ərzində alimenti ödəsin. O isə alimenti ödəmək əvəzinə yenə qaçıb gizləndi. Hazırda Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən yenə axtarışa verilib. Onunla bağlı sənədləri Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərmişik. Yəni Vətən Zeynalovla Zemfira Əlihüseynovanın işinə biz yox, Ədliyyə Nazirliyinin İstintaq İdarəsi baxacaq. Bu yaxınlarda hər iki tərəf Ədliyyə Nazirliyinə dəvət olunacaq”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button