Önəmli

Şeyxin idarəsindən Yer kürəsi açıqlaması: Fırlanırmış….

Şeyxin idarəsindən Yer kürəsi açıqlaması: Fırlanırmış....Səudiyyəli vəhhabi müftisinin çıxışına reaksiyalar səngimir.

Bender Xeybər adlı vəhhabinin fikrincə, Yer kürəsi fırlanmır. Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov da onun sözlərini təsdiqləyib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova isə “Azadxeber.az”a açıqlamasında deyib ki, ölkəmizdə demokratiyadır və hər kəs istədiyi sözü danışa bilər. O, əlavə şərh vermək istəməyib.

İlahiyyatçı Fərhad Mirzə isə bildirib ki, Qurani-Kərimdə “Nəml” surəsinin 88-ci ayəsində Yer Kürəsinin hərəkət etməsinə dair dəlillər var: “Ayədə deyilir ki, o gün dağları görüb onları hərəkətsiz zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər.

Bu, hər şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. Eyni zamanda Yerin öz oxu ətrafında fırlanması ayələrdə də təsbit olunub. Vəhhabi əqidəsinə mənsub olan insanlar cəhalətdə öndədirlər, iki həftəyə alim olurlar”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button